Modern.az

Lavrov Belarusa gedir

Lavrov Belarusa gedir

Dünya

20 Oktyabr 2023, 14:36

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 26-da Belarusa səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanin Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev məlumat verib.

 

Onun sözlərinə görə, gələn həftə Minskdə “Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər” mövzusunda beynəlxalq yüksək səviyyəli konfrans keçiriləcək.

 

Diplomat qeyd edib ki, tədbir Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi çərçivəsində baş tutacaq.

 

Lavrov forumun plenar iclasında çıxış etməyi planlaşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi