Modern.az

Toy zamanı restoran yandı

Toy zamanı restoran yandı

Hadisə

21 Oktyabr 2023, 19:52

Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

 

Modern.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda qeydə alınıb.

 

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

 

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu