Modern.az

Mina partlayışı nəticəsində ölən ayı balası - FOTO

Mina partlayışı nəticəsində ölən ayı balası - FOTO

Dünya

21 Oktyabr 2023, 21:12

“Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında milyonlarla mina basdırıb və bu minalar mülki əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.

 

“Danışan şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində ölən ayının balasının qalıqları. Partlayış sahəsindən toplanmış minaların etiketləri onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında milyonlarla basdırıb və bu minalar mülki əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir” – Hacıyev vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu