Modern.az

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

23 Oktyabr 2023, 14:28

Minifutbol üzrə Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, baş məşqçi Elşad Quliyev mundialda 16 oyunçuya güvənəcək.

 

Onlardan ikisi qapıçı, qalanları isə sahə oyunçularıdır.

 

Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə”)

 

Oyunçular: Tural Nərimanov, Rəvan Kərimov, Taleh Babayev, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).

 

Qeyd edək ki, oktyabrın 26-dan noyabrın 4-dək keçiriləcək dünya çempionatında Azərbaycan millisi Tunis, Misir və İraq yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi