“Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Bakıda səfərdə olan İngiltərənin “Hall Siti” və İrlandiyanın “Şelburn” klublarının sahibi Acun İlıcalı ilə görüşüb.
Modern.az xəbər verir ki, o bu barədə öz “X” hesabında paylaşım edib.
"Səmimi keçən görüşdə klublar arasında əməkdaşlıq, ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət etdik",-deyə o paylaşımda bildirib.