Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehrana səfər edib.
Modern.az xəbər verir ki, Fidan Cənubi Qafqaz üzrə “3+3” platformasının xarici işlər nazirlərin Tehrandakı görüşündə iştirak edəcək.
Xatırladaq ki, bu görüşdə Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran XİN başçıları iştirak edəcək.
Gürcüstan görüşdən imtina edib.