Modern.az

Regional sülh və sabitliyə aparan yol sülh sazişindən keçir - Fidan

Regional sülh və sabitliyə aparan yol sülh sazişindən keçir - Fidan

23 Oktyabr 2023, 20:17

Türkiyənin Xarici İşlər Nazirliyi Tehranda keçirilən "3+3" toplantısı barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, nazirlik görüşlə bağlı "X" hesabında paylaşım edib.

 

Məlumatda bildirilib ki, "3+3" platforması regionda daimi sülh və sabitliyin bərqərar olması üçün yaradılıb.

 

Nazirlik, həmçinin qeyd edib ki, iclasda ev sahibi İranla yanaşı, Azərbaycan, Ermənistan və Rusiya da iştirak edib.

 

“Nazirimiz görüşdə Türkiyənin daimi sülhü təmin etmək üçün regional problemlərin dialoq yolu ilə həllinə tərəfdar olduğunu, bu platformanın həm də beynəlxalq aləmə region ölkələrinin öz problemlərini həll edə bildiyini göstərmək baxımından əhəmiyyətli olduğunu və regionda əməkdaşlıq və dostluq qarşısındakı maneələrin aradan qaldırılmasının sevindirici olduğunu bildirib.

 

Nazir regional sülh və sabitliyə aparan yolun Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişindən keçdiyini, regional nəqliyyat əlaqələrinin açılmasının normallaşma və sülh proseslərini sürətləndirəcəyini vurğulayıb”, - məlumatda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular