Modern.az

Atmosferi çirkləndirən sürücülər cəzalandırıldı

Atmosferi çirkləndirən sürücülər cəzalandırıldı

23 Oktyabr 2023, 20:33

Atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə “Təmiz hava” aylığı çərçivəsində növbəti tədbir keçirilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Yoxlama zamanı 10-dan artıq avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub. Həmin avtomobillərin sürücüləri barəsində protokollar tərtib olunaraq inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular