Modern.az

Ceyhun Bayramov Mirzoyanla görüşdü - VACİB MESAJLAR

Ceyhun Bayramov Mirzoyanla görüşdü - VACİB MESAJLAR

23 Oktyabr 2023, 23:39

Tehranda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıq olub.

 

Modern.az xəbər verir, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" toplantısından sonra mətbuata açıqlamasında deyib.

 

O vurğulayıb ki, Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır.

 

Nazir qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb.

 

Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.

 

“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan isə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir”, - nazir qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular