Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Zəngəzur bölgəsinə səfər edəcək.
Modern.az xəbər verir ki, Ermənistan KİV-lərinin məlumatına görə, səfər Zəngəzurda patrul xidmətinin tətbiqi ilə bağlıdır. Açılış mərasimi Qafan şəhərindəki meydanda böyük təntənə ilə qeyd olunacaq.
Eyni zamanda, eyni zamanda 4 rayonda patrulların təqdimatı keçiriləcək.
Paşinyanın icma rəhbərləri ilə görüşü də nəzərdə tutulub.