Modern.az

Fransanın Ermənistana verəcəyi silahlar nələrə qadirdir...

Fransanın Ermənistana verəcəyi silahlar nələrə qadirdir...

24 Oktyabr 2023, 11:10

Oktyabrın 23-də Fransa və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq sazişləri imzalanıb. Sazişlərin detalları açıqlanmasa da, bir neçə gün əvvəl Fransanın müdafiə naziri Sebastian Lekornu Ermənistana müdafiə sistemləri tədarük ediləcəyi barədə məlumat vermişdi.

 

Ermənistanın müdafiə naziri Suren Papikyan ilə mətbuat konfransında Lekornu bir sıra detalları açıqlayıb. O, İravana üç radiolokasiya sistemlərinin tədarük ediləcəyini bildirib. "Reuters" agentliyinin məlumatına görə, Ermənistana, həmçinin "Mistral" hava hücumundan müdafiə sistemləri də tədarük ediləcək.

 

Şübhəsiz ki, Fransa bu tədarüklərlə Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı silahlandırır və onu təxribatlara şirnikləndirir.

 

Modern.az Ermənistana veriləcək silahlar haqqında araşdırma aparıb.

 

İrəvana təhvil veriləcək “Ground Master 200” (GM200) radiolokasiya sistemləri Fransanın “Thales” şirkəti tərəfindən istehsal edilir. Fransalı nazir mətbuat konfransında bildirib ki, Ukraynaya da tədarük ediləb bu ortamənzilli radar “gözəl aşkarlama imkanlarına” malikdir. Sistem aşağı sürətlə uçan pilotsuz uçuş aparatlarını (PUA) və qırıcı təyyarələri 250 kilometr uzaqlıqdan aşkar etmək imkanlarına malikdir.

 

Mürəkkəb əməliyyat şəraitində GM200 15 dəqiqə ərzində qurula və 24 saat avtonom işləyə bilir. GM200-lər ekstremal iqlim şəraitində 21-ci əsrin təhlükələri ilə üzləşən müxtəlif əməliyyat teatrlarında fəaliyyət göstərir. Sistem Norveç, Niderland, Ukrayna və Moldovaya verilib.

 

“Mistral” isə “MBDA France” şirkəti tərəfindən istehsal edilən qısa mənzilli hava hücumundan müdafiə sistemidir. Sistem havadan gələn təhdidlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. “Mistral” sisteminin bir neçə modeli var, Ermənistana hansı modelin təhvil veriləcəyi məlum deyil. Buna baxmayaraq, bir neçə ay əvvəl Papikyan Fransada keçirilən “Paris Aviasiya Sərgisi”ni ziyarət edən zaman ona bu sistemin bir variantı nümayiş etdirilib. 

“Mistral Atlas RC” adlanan bu model yüngül zirehli texnikaların üzərinə quraşdırılır. Sistem iki və ya dörd “Mistral” raketindın və ən son nəsil termal nişangahla təchiz edilmiş uzaqdan idarə olunan qüllədən ibarətdir. Hava hücumundan müdafiə qurğusu 7.5 kilometr məsafədəki hədəfləri zərərsizləşdirə bilər.

 

Ümumilikdə hər iki silahın Azərbaycan ordusunun Türkiyə istehsalı “Bayraktar TB2” və digər pilotsuz uçuş aparatlarına (PUA) qarşı nəzərdə tutulduğunu demək mümkündür.
 

Modern Təhlil və Araşdırma Qrupu

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular