Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi Naxçıvan Muxtar Respublikasına səfər edib.
Modern.az xəbər verir ki, səfər çərçivəsində səfir ilk olaraq Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, həmçinin Heydər Əliyev Muzeyi ilə tanış olub.
İki gün davam edəcək səfər zamanı səfirin Muxtar Respublikada bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Səfərin məqsədi isə Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının genişləndirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi ilə görüşmək, eləcə də muxtar respublika ilə tanış olmaqdır.