Modern.az

“Şahramanyana milli qəhrəman adı verilməlidir” - Erməni deputat

“Şahramanyana milli qəhrəman adı verilməlidir” - Erməni deputat

24 Oktyabr 2023, 11:08

Ermənistan parlamentinin deputatı, general Qaqik Melkonyan özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın müdafiəsinə qalxıb.

Modern.az xəbər verir ki, erməni general mətbuata açıqlamasında deyib ki, Şahramanyana qarşı “Qarabağı Azərbaycana təhvil verdi” ittihamları əsassızdır.

O, qondarma “Artsax”ın İrəvandakı nümayəndəliyinə hücumu və bu aksiyanı təşkil edənləri tənqid edib.

“Əgər Şəhramyanı günahlandırırlarsa, səhv edirlər. Ona milli qəhrəman adı verilməlidir. Çünki o, “Artsax xalqı”nı xilas etdi. Hesab edirəm ki, o, milli qəhrəmanı adına layiqdir”, - deyən Melkonyandan bu sözlərin ironiya olub-olmadığını soruşublar. Erməni general suala "yox" deyə cavab verib.


Qaqik Melkonyan qondarma “Artsax”ın İrəvandakı nümayəndəliyinə hücumun separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayan tərəfindən təşkil edildiyi barədə iddialarla razılaşmayıb:

“Mən Babayanla şəxsən görüşmüşəm, o, söyüş söyürdü ki, aksiya ilə heç bir əlaqəsi yoxdur”.

Melkonyanın sözlərinə görə, hökumət əvvəlllər Samvel Babayana Ermənistan Silahlı Qüvvələrində və ya başqa bir qurumda vəzifə verilməsi məsələsini müzakirə edib. İndi isə gündəmdə belə bir məsələ yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular