Modern.az

Ovçular Cəmiyyətinə məcburi üzvlük LƏĞV OLUNUR

Ovçular Cəmiyyətinə məcburi üzvlük LƏĞV OLUNUR

24 Oktyabr 2023, 12:04

Bu gün Milli Məclisdə “Ovçuluq haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük və digər tələblər aradan qaldırılır.

 

Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq və ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili təmin olunacaq.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular