Modern.az

“Bayer” – “Qarabağ” oyununun hakimləri bəlli oldu

“Bayer” – “Qarabağ” oyununun hakimləri bəlli oldu

24 Oktyabr 2023, 12:14

UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyada “Bayer” və “Qarabağ” komandaları arasında keçiriləcək III tur oyununun hakim təyinatları açıqlanıb.

 

Modern.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Horatiu Fesnik olacaq. Ona yan xətt hakimləri Valentin Avraam və Aleksandru Çerey kömək edəcəklər.

 

Dördüncü hakim funksiyasını Sabolts Kovats yerinə yetirəcək. VAR hakimi italiyalı Paolo Valeri, onun köməkçisi isə portuqaliyalı Tiaqu Martinş olacaq.

 

Qeyd edək ki, oktyabrın 26-da “Bay Arena”da keçiriləcək “Bavariya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi