Modern.az

Gəncə Dövlət Universitetində təqdimat keçirilib - FOTOLAR

Gəncə Dövlət Universitetində təqdimat keçirilib - FOTOLAR

24 Oktyabr 2023, 12:28

Gəncə Dövlət Universitetində (GDU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası keçirilib.

 

Modern.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək GDU tələbələrinin könüllülük fəaliyyətindən danışıb və gənclərə uğurlar arzulayıb.

 

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova 30.000-dən çox üzvü olan təşkilatın fəaliyyət istiqamətləri, üzvlük prosesi  və gələcək layihələr barədə geniş məlumat verib. Qeyd edib ki, təşkilatın əsas məqsədi tələbə-könüllülərin intellekt səviyyəsinin, dünyagörüşünün genişləndirilməsinə dəstək olmaq, gənclərin tələbəlik həyatını daha rəngarəng və faydalı keçirməyə, karyera imkanlarının genişlədirməyə şərait yaratmaqdır.

 

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva və İctimai Birliyin GDU üzrə koordinatoru  Əsli Məhərrəmova könüllülük fəaliyyətinin üstünlüklərindən söhbət açaraq gəncləri fəal olmağa səsləyiblər.

 

Tədbirin sonunda tələbələr arasında əyləncəli və interaktiv oyunlar keçirilib.    

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular