Modern.az

AFFA 3 klubu cərimələdi

AFFA 3 klubu cərimələdi

24 Oktyabr 2023, 12:24

AFFA İntizam Komitəsi Premyer Liqanın X turunda qeydə alınan neqativ hallarla bağlı 3 klubu cərimələyib.

 

Modern.az xəbər verir ki, “Turan Tovuz” 1500, “Səbail” 800, “Zirə” isə 700 manat ziyana düşüb.

 

Tovuz təmsilçisi “Qarabağ”la matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700, oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbindən isə 800 manat cərimə olunub.

 

“Səbail” – “Neftçi” görüşünün ardından meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimə ödəyəcəklər.

 

“Kəpəz”lə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Zirə” isə 700 manat xərcə düşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi