Modern.az

Gürcüstanda İtaliya mafiyasının liderlərindən biri tutuldu

Gürcüstanda İtaliya mafiyasının liderlərindən biri tutuldu

24 Oktyabr 2023, 13:12

Gürcüstanda polis İtaliya mafiyasının liderlərindən biri Cüzeppe Sqanqanı saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "rustavi 2" telekanalı məlumat yayıb.

 

Məlumata görə, 67 yaşlı Sqanqu 2020-ci ildə ölkəsində qiyabi olaraq mühakimə olunub və 11 il müddətinə azadlıqdan məhrum edilib. İtaliyada eyni iş üzrə bir neçə nəfər, o cümlədən mafiya ilə əlaqədə ittiham olunan üç qardaş və keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları məhkum edilib.


Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxs Turində müxtəlif cinayətlərə görə məsuliyyət daşıyan mafiya birliyi yaradıb
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…