Modern.az

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat aldı

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat aldı

24 Oktyabr 2023, 16:12

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.

 

Qeyd edək ki, matç “TSC Arena”da təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi