Modern.az

Rusiya ilə normal münasibətləri bərpa etməliyik - İlon Mask

Rusiya ilə normal münasibətləri bərpa etməliyik - İlon Mask

Dünya

24 Oktyabr 2023, 16:30

“Biz Ukraynada sülh tapmalıyıq və düşünürəm ki, Rusiya ilə normal münasibətləri bərpa etməliyik".


Modern.az xəbər verir ki, bu sözləri oktyabrın 23-də "X" platformasında onlayn müzakirədə çıxış edən İlon Mask söyləyib.


Onun sözlərinə görə, ABŞ siyasəti Rusiyanı İran və Çinlə ittifaqa qoşulmağa məcbur edir və Rusiya, Çin və İranın ittifaqı qlobal münaqişədə Qərbi məğlub edə bilər.

 

"Çin və Rusiya ilə sərt qarşıdurma ABŞ üçün fəlakətli ola bilər, çünki zəngin xammalı olan Rusiya və fenomenal sənaye potensialına malik Çin nəhəng birləşmədir", - Mask qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir