Modern.az

“Qalatasaray” “Bavariya”ya uduzdu

“Qalatasaray” “Bavariya”ya uduzdu

24 Oktyabr 2023, 22:51

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

 

Modern.az xəbər verir ki, A qrupunda mübarizə aparan "Qalatasaray" Türkiyədə Almaniya nəhəngi "Bavariya"nı qəbul edib. "Rams Park" stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1.

 

Hesabı 8-ci dəqiqədə Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman açıb. 30-cu dəqiqədə Mauro İkardi penaltidən vurduğu qolla tarazlığı bərpa edib. 73-cü dəqiqədə Harri Keyn ikinci topu İstanbul təmsilçisinin qapısından keçirib. 79-cu dəqiqədə isə Camal Musiala "sarı-qırmızılılar"ı üçüncü dəfə cəzalandıraraq yekun hesabı müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarını 9-a çatdıran "Bavariya" qrupda liderliyini qoruyub. 4 xalı olan "Qalatasaray" isə 2-ci pillədə qalıb. Bu qrupun digər matçında "Mançester Yunayted" İngiltərədə Danimarka "Kopenhagen"i ilə qarşılaşacaq.

 

D qrupunda isə "İnter" İtaliyada Avstriya "Zaltsburq"unu 2:1 hesabı ilə məğlub edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi