Modern.az

Baydenin yardım tələbi fikir ayrılığı yaratdı

Baydenin yardım tələbi fikir ayrılığı yaratdı

25 Oktyabr 2023, 10:33

ABŞ prezidenti Co Baydenin Ukrayna və İsrailə yardımı nəzərdə tutan 106 milyard dollarlıq yardım tələbi Senatda böyük fikir ayrılıqlarına səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
 

Senat təklifi bloklamaqla və ya onu kəskin şəkildə dəyişdirməklə hədələyib.

 

Nəşrin məlumatına görə, Senatın Təxsisatlar Komitəsi bir həftə ərzində Baydenin tələbi ilə bağlı dinləmələr keçirəcək, lakin müzakirələr bədbindir.

 

Respublikaçılar arasında İsrail və Ukraynaya yardımın birləşdirilib-birləşdirilməməsi ilə bağlı fikir ayrılıqları var, bir çoxları sərhəd siyasətində böyük dəyişikliklərin edilməsini tələb edir və məbləğdən narazıdırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E