Modern.az

Goranboyda pambıq yığımı - FOTO

Goranboyda pambıq yığımı - FOTO

Aktual

25 Oktyabr 2023, 11:38

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “MKT İstehsal Kommersiya” MMC-nin Goran qəsəbəsi ərazisində fəaliyyət göstərən pambıq qəbulu məntəqəsində olub.

 

Modern.az xəbər verir ki, icra başçısı burada, tədarük edilən pambıq tayalarına baxış keçirdi, pambığın saxlanılma vəziyyəti ilə yaxından tanış oldu və bu sahədə  görüləcək müvafiq işlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

 

Hazırda rayonda fəaliyyət göstərən 3 pambıq tədarükü məntəqələri üzrə 24.10.2023-cü il tarixə, ümumilikdə 2200 tona yaxın pambıq tədarük edilib. Pambıq yığımı uğurla davam etdirilir.

 

Məlumat üçün bildiririk ki, rayon ərazisində “Azərpambıq” MMC, “ MKT İstehsal  Kommersiya” MMC və “Goran–Cotton” MMC tərəfindən,  cari məhsul ilində ümumilikdə 1539,8 hektar sahədə pambıq becərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular