Modern.az

Məhkumun gizlətdiyi “Kalaşnikov” tapıldı

Məhkumun gizlətdiyi “Kalaşnikov” tapıldı

Aktual

25 Oktyabr 2023, 12:48

Gəncədə məhkuma məxsus “Kalaşnikov” markalı avtomat tapılıb.

 

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

 

Bildirilib ki, xidmətin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

 

Əməliyyat-axtarış tədbiri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat Gəncə şəhərinə girişdə yolun kənarında aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular