Modern.az

Dönərdən zəhərlənən şagirdlərdən 2-si evə buraxıldı - 21-nin müalicəsi davam edir

Dönərdən zəhərlənən şagirdlərdən 2-si evə buraxıldı - 21-nin müalicəsi davam edir

Aktual

25 Oktyabr 2023, 14:04

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

Məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bir uşaq ailəsinin iltizamnaməsi ilə, biri isə ambulator müalicə üçün artıq evə buraxılıb.

 

Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

 

“Uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir”, - deyə TƏBİB_dən bildirilib.

 

Xatırladaq ki, həmin məktəblilər paytaxtın Xəzər rayonunda ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisəsində hazırlanan dönərdən zəhərləniblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular