Modern.az

18 nəqliyyat vasitəsi özəlləşdirildi

18 nəqliyyat vasitəsi özəlləşdirildi

Aktual

25 Oktyabr 2023, 16:36

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb.

 

Bu barədə Modern.az-a Dövlət Xidmətindən bildirilib.

 

Məlumata görə, hərraca çıxarılan “Toyota Camry” markalı minik avtomobilinin start qiyməti 9 000 manat olsa da, son təklif 15 000 manata yüksəlib. Start qiyməti 3 500 manat olan “QAZ 3302-18" markalı yük avtomobili isə 7 035 manata özəlləşdirilib.

 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //bit.ly/3tDcF3l linki vasitəsilə tanış olmaq mümkündür.

 

Növbəti hərrac oktyabrın 31-də keçiriləcək. Hərraca 11 kiçik müəssisə, 2 yarımçıq tikili və 20 nəqliyyat vasitəsi çıxarılacaq.

 

Hərracda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu almaq olar.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular