Modern.az

Zəhərlənən şagirdlərdən daha 1-i evə buraxıldı - 20-nin müalicəsi davam edir

Zəhərlənən şagirdlərdən daha 1-i evə buraxıldı - 20-nin müalicəsi davam edir

25 Oktyabr 2023, 17:44

Bakıda dönərdən zəhərlənən şagirdlərdən daha biri evə buraxılıb.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

 

Qeyd olunub ki, 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 2 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb:

 

"Hazırda 20 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir", - TƏBİB-dən bildirilib.

 

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu