Modern.az

“Sumqayıt” “Sabah”a qalib gəldi

“Sumqayıt” “Sabah”a qalib gəldi

25 Oktyabr 2023, 21:44

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış oyun keçirilib.

 

Modern.az xəbər verir ki, “Sumqayıt” öz meydanında "Sabah"ı qəbul edib.

 

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Kamran Əliyev vurub.

 

Bununla da xallarının sayını 14-ə çatdıran “Sumqayıt” 6-cı pilləyə yüksəlib. "Sabah" isə 10 xalla 8-ci sırada qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi