Qarabağda baş verənlər etnik təmizləmə kimi xarakterizə oluna bilməz.
Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Leo Dokerti deyib.
O, Şotlandiyadan olan ermənipərəst deputat Lounun Qarabağın erməni əhalisinin Ermənistana qayıtmasının guya “etnik təmizləmə” olması ilə bağlı ittihamları ilə razılaşmayıb:
“Böyük Britaniya Ermənistan və Azərbaycana danışıqları bərpa etmək üçün çağırış edib. Məhz danışıqlar sülh üçün möhkəm təməl olacaq”.