Modern.az

Bu gün \"Qarabağ\" \"Bayer\"in qonağı olacaq

Bu gün \

26 Oktyabr 2023, 09:00

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyada "Bayer 04"ün qonağı olacaq.

 

"Bay Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında "Molde" Norveçdə İsveçin "Hakken" komandasını qəbul edəcək.

 

UEFA Avropa Liqası, qrup mərhələsi

III tur

23:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Horatsiu Fesnik (Rumıniya).

Leverkuzen. "Bay Arena"

 

Qeyd edək ki, "Bayer 04" və "Qarabağ" əvvəlki iki oyunda qələbə qazanıblar və 1-2-ci yerləri bölüşdürürlər. Qrupdakı digər iki kollektivin isə xalı yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi