Modern.az

Kanadanın xarici işlər naziri Ermənistan-Azərbaycan sərhədinə GƏLDİ

Kanadanın xarici işlər naziri Ermənistan-Azərbaycan sərhədinə GƏLDİ

Aktual

26 Oktyabr 2023, 11:10

Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanın Cermuk şəhərinə səfər edib.

Modern.az xəbər verir ki, Kanada xarici işlər naziri səfərinə Avropa İttifaqının (Aİ) müşahidəçilər missiyasının Cermukdakı ofisinə baş çəkməklə başlayıb.

“Kanadanın da qoşulduğu Avropa İttifaqı missiyasının həyata keçirdiyi işlər haqqında daha çox öyrənmək üçün Cermukda olmaqdan məmnunam. Kanada bu missiyaya qoşulan ilk Aİ üzvü olmayan ölkə olacaq. Ona görə də biz logistika məsələlərini, həm regionda humanitar problemlərin həlli, həm də sülhün və sabitliyin təmin edilməsi baxımından bu mühüm missiyaya necə inteqrasiya edə biləcəyimizi müzakirə edəcəyik”, - deyə Coli Aİ müşahidəçiləri ilə görüşdə bildirib.

Kanadanın xarici işlər naziri Cermuka səfəri zamanı həmçinin döyüş mövqelərinə baş çəkəcək və Qarabağdan olan köçkün ermənilərlə görüşəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular