Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.