Modern.az

Müəllimlərin sertifikasiyası üçün 71 milyon manat

Müəllimlərin sertifikasiyası üçün 71 milyon manat

Təhsil

2 Noyabr 2023, 11:06

Gələn il 93,6 milyon manatdan müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün isə 22,6 milyon manat vəsait proqnozlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub.

 

Bundan əlavə, növbəti ildə 6000 nəfər təhsilalanı əhatə edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsi ilə bağlı xərclərin maliyyə təminatı üçün 17,5 milyon manat vəsait proqnozlaşdırılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI