İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2024-cü ilin büdcə layihəsində nəzərdə tutulmuş 2811,4 milyon manat vəsaitin 1376,0 milyon manatını və ya 48,9 faizini dövlət büdcəsindən əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəliyi təşkil edir ki, bu cari illə müqayisədə 112,2 milyon manat və ya 8,9 faiz çoxdur.
Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub.
Məlumata görə, bu xərcin artımı əsasən əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və cari ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır.