Modern.az

2027-ci ilə qədər Azərbaycanda neft və qaz hasilatında azalma olacaq - PROQNOZ

2027-ci ilə qədər Azərbaycanda neft və qaz hasilatında azalma olacaq - PROQNOZ

İqtisadiyyat

2 Noyabr 2023, 11:05

Ortamüddətli dövrün sonuna (2027-ci il) Azərbaycan Respublikası üzrə neft və qaz hasilatının 2023-cü illə müqayisədə azalması baş verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub.

 

Qeyd edək ki, Azərbaycan Respublikasında neftin hasilatına təsir edə bilən faktorlar kimi neft quyuları üzrə ortamüddətli dövrdə nəzərdə tutulmayan əsaslı təmir işləri, qazma və hasiletmə üzrə fasilələr (texniki qəza və sair səbəbdən), habelə OPEC+ daxildir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI