Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 60 ABŞ dollar kimi qeyd olunub.
Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub.
Neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla, dövlət büdcəsinin neft gəlirlərinin 2024-cü ildə baza ssenariyə (60 ABŞ dolları) nəzərən pessimist ssenaride (40,0 ABŞ dolları) 847,4 milyon manat az, optimist ssenaridə (80,0 ABŞ dolları) isə 845,9 milyon manat çox olacağı gözlənilir.