Modern.az

"Qarabağ"ın matçının biletləri satışa çıxarılır 

İdman

26 Oktyabr 2023, 19:32

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” - “Bayer 04" (Almaniya) oyununun biletləri satışa çıxarılır.

 

Modern.az xəbər verir ki, biletləri sabah saat 12:00-dan iticket.az-dan almaq mümkün olacaq.

 

Qiymət müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən fanatlar üçün biletlərin qiyməti isə 250 manatdır.

 

Satış məntəqələri:

 

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

 

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

 

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

 

Qeyd edək ki, noyabrın 9-da baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi