Modern.az

Azər Qəribovun Monika ilə Telman İsmayılov haqqında zarafatı necə ciddi qəbul edildi - FOTO

Azər Qəribovun Monika ilə Telman İsmayılov haqqında zarafatı necə ciddi qəbul edildi - FOTO

Reportaj

31 Avqust 2013, 11:18

Hər şey tanınmış telejurnalist Azər Qəribovun italyan aktrisa Monika Belluçinin boşanma xəbərindən sonra onun iş adamı Telman İsmaylovla birgə şəklini sosial şəbəkədə yayımlamasından sonra başladı.
Belə ki, Azər Qəribovun hadisəyə zarafatyana yanaşaraq, Monikanın boşanmasına Telman İsmayovu səbəbkar göstərməsini Azərbaycan mətbuat ciddi qəbul edib. Onun paylaşdığı şəkil və status az sonra Azərbaycandakı bəzi saytlar tərəfindən xəbərə çevrilərək, tirajlanıb. Nəticədə əksər ciddi və sarı mətbuat Monika Belluçinin boşanmasına Telman İsmaylovla yaxın münasibətlərinin səbəb olduğuna dair gurultulu xəbərlər yaydılar.

Hətta bəzi türk saytları da olaya seyrçi qalmayaraq, Azərbaycan mətbuatına istinadən Monika Belluçinin Telman İsmayılova görə boşandığını yazdı.  

Modern.az xəbər verir ki, bəzi saytlar Monika Belluçinin mətbuatın bu qeyri-peşəkarlığına özünün şəxsən münasibət bildirdiyini də yazıb. Guya, italyan aktrisa buna qəzəblənərək, sosial şəbəkədə rusca yazdığı statusunda onun Telman İsmayılova görə boşandığı haqda xəbər yazan jurnalistləri ağıldankəm adlandırıb. Bununla bağlı zarafatla yayılan statusu hətta Monikanın keçmiş və indiki dostları, o cümlədən Telman İsmayılovunun özünün də dəstəklədiyi qeyd olunub...

Telejurnalist Azər Qəribov isə olaya belə münasibət bildirib: “Mənim Telman İsmayılov və Monika Belluçinin birgə şəkili ilə olan zarafatım bəzi xəbər saytları tərəfindən ciddi qəbul edildi və Monikanın boşanmasına Telman müəllimin səbəb olduğu haqda müzakirəyə çıxarıldı. Halbuki, bu şəkil bir neçə il bundan qabaq Türkiyədə “MARDAN Palace” otelinin açılış mərasimində çəkilib. Bu mərasimə Monika Belluçi ilə yanaşı,  bir çox dünya ulduzları da dəvət olunmuşdular”. 



Zarafatyana paylaşılan həmin bu şəkil ciddi xəbər edildi...

Elçin MURAD

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI