Modern.az

Azərbaycanda uzunömürlülərin sayı azalıb - STATİSTİKA

Azərbaycanda uzunömürlülərin sayı azalıb - STATİSTİKA

Ölkə

27 Oktyabr 2023, 11:33

2020-ci ildən sonra Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayında azalma baş verib.

Modern.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı araşdırmaya görə, 2020-ci ildə Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayı 150100 nəfər olub.

Ölkəmizdə “uzunömürlülər” adlandırılan belə şəxslərin sayı sonrakı üç ildə xeyli aşağı düşüb.

Belə ki, 2021-ci ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı azalaraq 146900 nəfərə enib.

2022-ci ildə isə “uzunömürlülər”in sayı 140600 nəfər olub.

Nəhayət 2023-cü ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı hələ ki 132100 nəfər kimi rəsmiləşdirilib.


Ə.Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama