Modern.az

Modern.az kollektivi 4 yaşını qeyd etdi -FOTOLAR

 Modern.az kollektivi 4 yaşını qeyd etdi -FOTOLAR

1 Sentyabr 2013, 01:20

Elşad Eyvazlı : “Sentyabrın 2-dən hər şey fərqli olacaq...”. Bəli, bu gün 4 yaşımız tamam oldu və bu 4 ilin hər sonuncu iclası baş redaktorun bu ifadəsi ilə başlayır. Ötən 4 ilə baxsaq, fərqimiz ildən-ilə artıb. Yanlış anlamayaq bu özünütərif deyil. Modern.az kollektivi olaraq hədəfimiz və məqsədimiz birdir – oxucumuza bayağı və ucuz informasiyadan uzaq obyektiv və dürüst xəbər, fərqli layihələr və müəllif yazıları  təqdim etmək. Modern.az-ı dürüst və dəqiq informasiya mənbəyi kimi BREND-ə çevirmək. Məqsədimizə, hədəfimizə nə dərəcədə yaxınıq, bunu oxucuların ixtiyarına buraxaq.

Və 31 avqustda baş verənlər... 

Diqqət!!!

İclas açıq elan olunur. Hər kəs öz yerini alır. Gözlənilən ifadə - “Sentyabrın 2-dən hər şey fərqli olacaq”. Əslində bu ifadə sətiraltı, sətirüstü bütün məna çalarları ilə xüsusilə vurğulanır. Baş redaktor çıxış edir. Öncə ötən bir il ərzindəki fəaliyyət dəyərləndirilir. Müsbətlər, mənfilər kollektivin diqətinə çatdırılır. Müsbətlər hər kəsi məmnun edir. Tənqidlər birmənalı qarşılanmır, yerdən replikalar səslənir. Bu da bir az gərginliyə səbəb olur. Razılığa gəlinməyən məqamlar var. 

Nəhayət dəyərləndirmə bitir, prioritet məsələlərim müzakirəsi başlayır. Müxbir və redaktorlar yeni təkliflərlə çıxış edir, növbəti ilin fəaliyyət kontorlarını cızırlar. Hər kəs üzərinə düşən işin və məsuliyyətin fərqindədir. “Döyüş tağşırığı” alınıb və Modern.az-çılar “döyüşə” tam hazırdılar. 

Günümüz gərgin rəsmi hissədən sonra süfrə arxasında davam edir. Hər şey çox yaxşıdır. Süfrə açılır, bir-birindən dadlı təamlar gəlir. Toqqaların atı bərkiyir. Ötən illərin yadda qalan orjinal hadisələri xatırlanır. Hər kəs bir-biri haqqında öz fikrini söyləyir. Maraqlı məqamlar ortaya çıxır. Sən demə Sevinc .... qorxurmuş; Aytənin Sevicdən.....miş; Mayıl Əfqan müəllimin qorxusundan çata həsrət qalıbmış.... və s. zarafat, gülüş, əyləncə...  

O ki, qaldı sonrasına. Onu da fotolarda izləyək...  

 




 

Elçin MURAD

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi