Modern.az

Sülhməramlılarla bağlı daha bir YENİLİK

Sülhməramlılarla bağlı daha bir YENİLİK

Qarabağ

27 Oktyabr 2023, 20:41

Rusiya Müdafiə Nazirliyi Qarabağda yerləşən sülhməramlıların fəaliyyəti barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Nazirlik əvvəlki bülletenlərdən fərqli olaraq bugünkü məlumatında sülhməramlıların fəaliyyət zonasını "Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu zonası" adlandırıb.

 

Bundan əvvəl yayılan məlumatlarda sülhməramlıların məsuliyyət bölgəsi "Dağlıq Qarabağ münaqişəsi zonası" adlandırılırdı.

 

Məlumatda o da bildirilir ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Xankəndi ərazisində iki nəzarət-buraxılış məntəqəsi yaradılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər