Modern.az

Bu gün \"El Klasiko\" var

Bu gün \

28 Oktyabr 2023, 11:37

Bu gün İspaniya La Liqasında dünyada böyük maraq doğuran “Barselona” – “Real Madrid” matçı keçiriləcək.

 

Modern.az xəbər verir ki, "Barselona" öz meydanında əzəli rəqibi "Real Madrid"ı qəbul edəcək. Mövsümün ilk "El-Klasiko"su Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

 

Ev sahibinin zədəli futbolçuları Pedri, Jül Kounde və Sergi Roberto “Real Madrid”ə qarşı oynaya bilməyəcək. Qonaq komandada isə zədəli olan Tibo Kurtua, Eder Militao və yeni transfer Arda Gülər bu görüşdə meydana çıxa bilməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi