Modern.az

17 yaşlı oğlanı maşın vurdu - Vəziyyəti ağırdır

17 yaşlı oğlanı maşın vurdu - Vəziyyəti ağırdır

29 Oktyabr 2023, 23:03

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

 

Hərəkətdə olan “Toyota Camry” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü E. Namazovu vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

 

Xəstəxanadan bildirilib ki, hazırda E.Namazovun vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu