Modern.az

Azərbaycanda qoyunların sayı kəskin AZALIB

Azərbaycanda qoyunların sayı kəskin AZALIB

30 Oktyabr 2023, 09:36

2023-cü il oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda iribuynuzlu və xirdabuynuzlu heyvanların sayı azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

 

Qeyd olunur ki, iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş olub. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş azalıb. 7 mln. 223.2 min baş təşkil edən xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.

 

İribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad (91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır.

 

Xatırladaq ki, cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi