Modern.az

Ermənistanın etnik nifrət çağırışları dövlət səviyyəsində davam etdirilir - Nazir müavini

Ermənistanın etnik nifrət çağırışları dövlət səviyyəsində davam etdirilir - Nazir müavini

Ölkə

30 Oktyabr 2023, 10:47

"Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir".

 

Modern.az xəbər verir ki, bunu xarici işlər nazir müavini Elnur Məmmədov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.

 

O bildirib ki, Ermənistan hökümətinin rəsmiləri tərəfindən müxtəlif dövrlərdə səsləndirilən irqçi fikirlərə rast gəlmək olar:

 

"Təəssüflər olsun ki, bu gün də o fikirlər yayılır. Azərbaycanlılara qarşı zorakı çağırış edənlərin nə fəaliyyəti qadağa edilib, nə də cəzalandırılıb. Əksinə, Ermənistan höküməti tərəfindən onlara dəstək verilib. Halbuki Ermənistan qanunvericiliyində bu kimi şüarları səsləndirilənlər məsuliyyətə cəlb edilə bilər. Lakin Ermənistan bu fikirlərə “söz azadlığı” donu geyindirib”, - deyə Elnur Məmmədov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama