Modern.az

Dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya AZALDILIR

Dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya AZALDILIR

Ölkə

30 Oktyabr 2023, 11:42

Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılacaq dotasiyanın azaldılması nəzərdə tutulub.

Modern.az-ın məlumatına görə, bu barədə müvafiq qanun layihəsində bildirilib.

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiyanın cari ilə müqayisədə 109,5 mln. manat azalması nəzərdə tutulur.

Belə ki, 2023-cü ildə dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 443,7 milyon manat nəzərdə tutulubsa, 2024-cü ildə bu rəqəmin 343,3 milyon manat olması proqnozlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi