Modern.az

Mənim müəlliflik hüquqlarım Azərbaycanda yox, Almaniyada qorunur - Əməkdar artist

Mənim müəlliflik hüquqlarım Azərbaycanda yox, Almaniyada qorunur - Əməkdar artist

Mədəniyyət

30 Oktyabr 2023, 11:50

"Mənim müəlliflik hüquqlarım burada yox, Almaniyada qorunur".

 

Modern.az xəbər verir ki, bunu bəstəkar Əməkdar artist Rain Sultanov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirə zamanı deyib.

 

Bəstəkar 90-cı illərdə buraxdığı albomdan sonra Azərbaycan Bəstəkarlar İttifaqına müraciət etdiyini, lakin bununla bağlı cavab almadığını deyib: "Müəlliflik hüquqları anlayışı çox ciddi məsələdir. Azərbaycan musiqisi böyük bir xəzinədir, onu onlayna köçürmək, müəlliflik hüququna sahib çıxmaq lazımdır".

 

Rain Sultanovun fikirlərinə cavab olaraq, Əqli Mülkiyyət Agentliyindən ona qeydiyyat üçün Bəstəkarlar İttifaqına yox, Əqli Mülkiyyət Agentliyinə müraciət etmək lazım olduğu bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi