Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turunun sonuncu qarşılaşmasıda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Modern.az xəbər verir ki, Respublika stadionundakı matç Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqi iki topa çatdırıb.
"Qarabağ"dan Juninyo 90+7-ci dəqiqədə komandasının yeganə qoluna imza ata bilib.
Bu nəticədən sonra xallarının 20-yə çatdıran "Araz-Naxçıvan" ikinci sıradakı "Qarabağ"a çatıb.