Modern.az

Dövlət qurumlarına göndərilən 2 milyondan çox zərərli elektron poçt BLOKLANDI

Dövlət qurumlarına göndərilən 2 milyondan çox zərərli elektron poçt BLOKLANDI

Aktual

31 Oktyabr 2023, 10:38

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 3 rübü ərzində ümumilikdə 21 mln. 738 min elektron poçt emal edilib.

 

Modern.az XRİTDX-nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülleteninə istinadən xəbər verir ki, elektron poçtlardan 19 mln. 467 mini istifadəçilərə çatdırılıb, 2 mln. 4 mini zərərli tərkibli olması ilə blok edilib.

 

Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 543 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu