Modern.az

Saxta silahla şokalad oğurluğu

Saxta silahla şokalad oğurluğu

31 Oktyabr 2023, 12:02

Belçikanın paytaxtı Brüsseldə saxta silah ilə supermarketdən şokolad oğurlayan şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, hadisə ötən həftə baş verib.

 

Məlumata görə, Brüsselin Molenbek bölgəsində yerləşən supermarketdən silahlı soyğunçuluq hadisəsi barədə polisə məlumat daxil olub.

 

Polis bir neçə küçə kənarda oğurluq edən şəxsi saxlayıb. Axtarış zamanı şübhəli şəxsdən saxta silah və bir neçə bağlama şokolad götürülüb.

 

Saxta silahla şokolad oğurlayan şəxs polis idarəsində dindirildikdən sonra sərbəst buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni deputat TÜRK agenti çıxdı